Şəhidlər Xiyabanına müşahidə kameraları quraşdırıldı

13:40 | 02.09.2014
Şəhidlər Xiyabanına müşahidə kameraları quraşdırıldı

Şəhidlər Xiyabanına müşahidə kameraları quraşdırıldı

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Bakıdakı Şəhidlər Xiyabanında müşahidə kameralarının quraşdırılması haqqında açıqlama yayıb.DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, bu addım xoşagəlməz halların baş verməməsi, eləcə də qeyd olunan əraziyə mütəmadi nəzarətin həyata keçirilməsi məqsədilə atılıb. Onun sözlərinə görə, avqustun 21-dən 22-nə keçən gecə paytaxtın Şəhidlər Xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin törədilməsi faktı ilə bağlı cinayət işi başlanıb və təqsirkarın müəyyən edilərək cəzalandırılması istiqamətində tədbirlər davam etdirilir. 

Qeyd edək ki, göstərilən tarixdə naməlum şəxslər İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol veriblər. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür