Səhiyyə Nazirliyi bu gün Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda baş verən partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən "Report"a verilən xəbərə görə, hadisə yerinə Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin ümumilikdə 8 təcili-tibbi yardım briqadası cəlb olunub.
Nazirlikdən bildirilib ki, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada bütün tibbi şərait yüksək səviyyədə təşkil olunub və zərərçəkən vətəndaşlara lazımi tibbi yardım göstərilir.
Daxil olan 19 nəfərdən 13-nə ambulator yardım göstərilərək evlərinə buraxılıblar. Hadisə ilə əlaqədar Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Xidmətindən Şirvan şəhərinə toksikoloq, yanıq cərrahı və reanimotoloq briqadası ezam olunub.
Hazırda xəstəxanada olan 6 nəfərin müalicəsi aparılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !