Səhiyyə Nazirliyi özəl klinikanın fəaliyyətinə son qoydu

18:09 | 02.12.2014
Səhiyyə Nazirliyi özəl klinikanın fəaliyyətinə son qoydu

Səhiyyə Nazirliyi özəl klinikanın fəaliyyətinə son qoydu

Azərbaycanda özəl klinikalardan birinin - "Atlas Medical Center” MMC-nin fəaliyyəti dayandırılıb.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, klinikanin fəaliyyətinin dayandırılması onun fəaliyyətindəki bəzi nöqsanlarla bağlı olub. Səhiyyə Nazirliyindən adıçəkilən klinikanın bağlanması faktını təsdiqləyiblər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, Səhiyyə Nazirliyinə "Atlas Medical Center” MMC-nin lisenziyasının əlavəsində göstərilən xidmətlərdən kənar - ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi barədə müraciət daxil olub. Nazirliyin müvafiq yoxlama komissiyası həmin məlumatlar əsasında bu müəssisədə araşdırma aparıb. Yoxlama nəticəsində "Atlas Medical Center” MMC tərəfindən qanunsuz ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi faktı təsdiqlənib.

A.Qədirli əlavə edib ki, ümumilikdə müəssisədə tibb xidmətlərinin təşkili zamanı mövcud normativlərin tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlanıb. Qeyd olunanları nəzərə alaraq, Səhiyyə Nazirliyinin komissiyası tərəfindən "Atlas Medical Center” MMC-nin tibb fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür