Norveçdə şahmat üzrə "Altibox” turniri davam edir.
Anews.az xəbər verir ki, şahmatçılar növbəti gün IV tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov erməni Levon Aronyanla üz-üzə gələcək. İlk üç turda heç-heçə edən "Şah” bu dəfə qələbə qazanmaq niyyətindədir.
Liren Dinq (Çin) – Fabiano Karuana (ABŞ)
Sergey Karyakin (Rusiya) – Maksim Vaşe-Laqrav (Fransa)
Levon Aronyan (Ermənistan) – Şəhriyar Məmmədyarov (Azərbaycan)
Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç)
Vişvanatan Anand (Hindistan) – Uesli So (ABŞ)
Turnir cədvəli: 1. Maqnus Karlsen (Norveç) – 2,5, 2-8. Şəhriyar Məmmədyarov (Azərbaycan), Maksim Vaşe-Laqravla (Fransa), Hikaru Nakamura (ABŞ), Liren Dinq (Çin), Uesli So (ABŞ), Vişvanatan Anand (Hindistan), Sergey Karyakin (Rusiya) – 1,5, 9-10. Levon Aronyan (Ermənistan), Fabiano Karuana (ABŞ) – 1.
Qeyd edək ki, turun bütün görüşləri Bakı vaxtı ilə saat 18:30-da başlanacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !