Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Məhəmmədhüseyn Şəhriyarın 110 illik yubiley mərasimi keçiriləcək.
Bu barədə Kulis.Az-a Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin sədri Sayman Aruz məlumat verib.
O, bildirib ki, Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək istəyənlər dəvətnamələri Azərbaycan Yazıçılar Birliyindən eldə edə bilərlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !