Türkiyədə keçirilən bələdiyyə seçkiləri hələ də dünya mətbuatının diqqət mərkəzindədir. Bu seçkilər ötən dəfəkilərdən çox fərqlənirdi və hər kəs Türkiyənin böyük sınaq qarşısında olduğunu bildirirdi. Baş nazir Ərdoğan və onun dəstəkləyənlər Fətullah Gülən camiəsinin dövlətə paralel dövlət təşkil etdiyini bildirir və bunu ləğv etməyin vacibliyindən danışırdılar. Gülənin müttəfiqlərinin də AKP-ni tarixin arxivinə göndərmək üçün bütün gücünü ortaya qoyduğu hiss olunurdu. Seçki bitdi və AKP demək olar ki, prosesdən qalib kimi ayrıldı. Bundan sonra Türkiyənin taleyi necə olacaq?ANN.Az-a açıqlamasında politoloq Mütəllim Rəhimli qardaş ölkədə keçirilən seçki prosesini də dəyərləndirib.M.Rəhimli açıqlamasında seçkiləri Türkiyənin ən böyük uğuru adlandırıb: “Əvvəla, xüsusi qeyd etmək lazımdır ki, seçkilərin demokratik şəkildə keçirilməsi Türkiyənin ən böyük uğuru hesab olunmalıdır. Həm təbliğat kampaniyasının gedişi, həm də seçki günü yaradılan şərait onu deməyə əsas verir ki, siyasi qurumların yeganə istinad yeri seçicilər olub. Ona görə də xalqın seçdiyi bələdiyyələrin ölkənin gələcək inkişafında, türk xalqının birliyində müstəsna rol oynayacağı düşüncəsindəyəm. Seçkilərdə AKP-nin qələbə qazanması Ərdoğan hakimiyyətinin ölkə üçün etdiklərinin xalq tərəfindən qiymətləndirildiyini göstərir”. O, həmçinin bildirib ki, xalq qarşılıqlı ittihamlarla yadda qalan koalision hakimiyyəti yox, bir partiyanın iqtidarını istəyir: “Bizim üçün seçkilərin nəticələri ona görə əhəmiyyətlidir ki, Respublikamızı yeganə olaraq təmənnasız müdafiə edən Türkiyənin daxili nizamı qorunsun və bu ölkə daha da güclənsin. Seçkilərin nəticələri Türkiyə daxilində gözlənilən qarşıdurmaları, siyasi böhranı aradan qaldıracaq. O regional dövlət statusunu qoruyacaq. Çünki xalq qarşılıqlı ittihamlarla yadda qalan koalision hakimiyyəti yox, bir partiyanın iqtidarını istəyir. Nəticələr onu deməyə əsas verir ki, Türkiyə siyasi, iqtisadi sahədə daha da irəli gedəcək, uğurlar qazanacaq. Deməli, seçkilərdə Türkiyənin udduğunu qeyd edə bilərik”.
SeymurANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !