Səkkiz ayda İİV-ə yoluxanların 52 nəfəri narkotik istifadəçisi olub

11:56 | 16.09.2024
Səkkiz ayda İİV-ə yoluxanların 52 nəfəri narkotik istifadəçisi olub

Səkkiz ayda İİV-ə yoluxanların 52 nəfəri narkotik istifadəçisi olub

2024-cü ilin səkkiz ayında Azərbaycanda İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 52 nəfəri (5,9%-i) inyekson narkotik istifadəçiləri olub. Bu barədə  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komisiyyasından məlumat verilib.
 
 
1987-ci ildən bugünə qədər ölkədə bu virusla yaşayan insanların sayı 9926 nəfərdir. 
 
2024-cü ilin altı ayında Azərbaycanda 736 nəfər İİV-ə (İnsanın immunçatışmazlığı virusu) yoluxub. 
 
Onlardan 723 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 33 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub.
 
Bundan əvvəl Ümümdünya Səhiyyə Təşkilatı açıqlamasında bildirib ki, qlobal miqyasda 9,2 milyon insanın müalicəyə çıxışı yoxdur, hər gün 1700 insan HİV ilə əlaqəli səbəblərdən ölür. Daha 3500 nəfər yoluxub, onların çoxu statusunu bilmir və ya müalicə almaq imkanı yoxdur.

Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM