Səkkiz ayda qaz ixracı 9% artıb - Nazir

10:27 | 12.09.2023
Səkkiz ayda qaz ixracı 9% artıb - Nazir

Səkkiz ayda qaz ixracı 9% artıb - Nazir

2023-cü ilin 8 ayında Azərbaycandan ixrac olunan qazın həcmi 7,6 milyard kubmetrə çatıb. Bu barədə energetika naziri Pərviz Şahbazov bildirib. 
 
O bildirib ki, bu dövr ərzində qaz ixracı 9% artıb. 
 
"2023-cü ilin yanvar-avqustunda Azərbaycan qazının Avropaya ixracı 7,6 milyard kubmetr Türkiyəyə 6,7 milyard kubmetr, Gürsütana 1,5 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 3,8 milyard kubmetr qazla təchiz edib", - energetika naziri öz "X" hesabında yazıb. 
 
Şahbazov bundan əvvəl, Bakı Enerji Forumunda çıxış edərək qeyd edib ki, Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi və Həmrəylik Halqası layihəsinin həyata keçirilməsi nəticəsində Azərbaycan qazını alan ölkələrin sayı 6-dan 10-a yüksələcək.


Nazir vurğulayıb ki, hazırda Azərbaycan əlavə qaz həcmlərinin əldə edilməsi üzərində işləyir və bununla bağlı bir neçə mənbə nəzərdən keçirilir.


"Əsas mənbə zəngin qaz ehtiyatlarıdır. Bizim çıxarıla bilən qaz ehtiyatlarımız 933 milyard kubmetr, təsdiq edilmiş 1,7 trilyon kubmetr, proqnozlaşdırılan təxminən 4 trilyon kubmetr həcmində qiymətləndirilir”, - deyə o bildirib.


Şahbazovun sözlərinə görə, qısa və ortamüddətli perspektivdə Azərbaycanda bir sıra yeni yataqların, o cümlədən Abşeron, Qarabağ, Ümid-Babək (2-ci mərhələ) və Azəri-Çıraq-Dərin qaz anbarlarının istismara verilməsi planlaşdırılır. "Günəşli” yataqlar bloku "tərəfdaşlarımıza əlavə həcmdə qaz ixrac etməyə” imkan verəcək.

Forumda çıxış edən Avropa Komissiyasının (AK) nümayəndəsi Kristina Lobillo Borrero bildirib ki, 2022-ci ildə Azərbaycandan Avropaya qaz ixracı 40% artacaq.

"Azərbaycan Aİ-nin mühüm təbii qaz təchizatçılarından biridir", - o vurğulayıb.

Əvvəllər xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə, Avropaya tədarük isə 11,4 milyard kubmetrə (+39%) çatıb.

Azərbaycan Avropaya qaz nəqlinə 2020-ci il dekabrın 31-dən başlayıb. 2021-ci ildə tədarükün həcmi 8 milyard kubmetri ötübsə, 2023-cü ildə təqribən 12 milyard kubmetr təşkil edəcək. 2027-ci ilə qədər tədarüklərin həcmi ildə ən azı 20 milyard kubmetrə çatacaq.


Hazırda Avropada Azərbaycan qazını İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya alır. Bundan əlavə, 2023-cü ilin sonuna qədər Azərbaycan qazı tədarük edə bilər.
 
Gülnar Nazimqızı 



 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM