Seks-quldarlıq 100 milyard dollara yaxın gəlir gətirir

19:50 | 21.05.2014
Seks-quldarlıq 100 milyard dollara yaxın gəlir gətirir

Seks-quldarlıq 100 milyard dollara yaxın gəlir gətirir

Dünyada məcburi əmək fəaliyyətinə 21 milyon nəfər cəlb edilib.

Dünyada məcburi əmək fəaliyyətindən əldə olunan qeyri-qanuni illik qazanc 150 mlrd. dollar təşkil edir.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni hesabatında deyilir.

Bu məbləğin 2/3 hissəsi – 99 mlrd. dollar seksual istismarın payına düşür.

Məcburi əməyə cəlb olunanların yarısından çoxunu qadın və qızlar təşkil edir. Onlar əsasən kommersiya xarakterli seksual istismara və ev işlərinə cəlb olunub. Kişilər və oğlan uşaqları isə daha çox kənd təsərrüfatı, tikinti və dağ-mədən sənayesində əmək fəaliyyətinə məcbur edilir.

İnsanların məcburi əməyə cəlb edilməsinə təsir edən əsas iqtisadi amillər kimi gəlirlərin qəfildən azalması və kasıblıq göstərilir.

Hazırda dünyada məcburi əmək fəaliyyətinə 21 milyon nəfərin cəlb edildiyi bildirilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti