"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR

13:59 | 29.01.2022

"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR

Aktyor Fərda Aminin çoxdandır gözlənilən "Selfinaz 2"-si baş tutub.
 
Primetime.az xəbər verir ki, qala gecəsində aktyorun yaxınları, sənət dostları və sevənləri bir araya gəlib. Tamaşadan öncə, "Ruhunuzu qıdıqlayacam” deyən Fərda, sözünü tutub. Yumorist "Selfinaz 1"dəki üslubunu bu dəfə də qoruyaraq zaldakıları gülüşə qərq edib.
 
"Artlemma Film" tərəfindən həyata keçirilən "Stand up" şou böyük maraqla qarşılanıb. Fərda Amin və Təvəkkül T. Mehrəliyevə aid olan ssenari 5 ilə ərsəyə gəlib. Tamaşanın rejissorluğunu Təvəkkül T. Mehrəliyev, baş prodüserliyini isə Resan Mehrəliyev edib.
 
"Selfinaz 2" fevral ayının 10-dan etibarən bütün kinoteatrlarda izləyicilərin ixtiyarına veriləcək.
 
 


















www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM