Türkiyənin “Türk Dil Qurumu” (TDK) öz şəklini çəkmək mənasında işlədilən selfinin qarşılığı olan türkcə sözü müəyyən edib. ANS PRESS-in məlumatına görə, vətəndaşlardan daxil olan tələb istiqamətində selfinin “özçəkim” sözü ilə əvəzlənməsinə qərar verib.
Qeyd edək ki, TDK selfini əvəzləmək üçün “özçekim”, “kendiniçekim”, “görçek”, “kendiniçek” və “bakçek” sözlərini vətəndaşların səsverməsinə təqdim etmişdi.
Təxminən 1 ay əvvəl başladılan fəaliyyət çərçivəsində selfini əvəzləmək üçün TDK bir çox söz təklif etmiş, facebook, telefon zəngləri və e-mail yoluyla aparılan reyd nəticəsində 5 sözün üstündə dayanmışdı.
Ötən gün toplanan TDK elmi şurası 5 təklif arasında ən çox səs yığmış “özçəkim”i selfini əvəz etməsinə qərar verib.
Nə qədər qəribə olsa da, təklif olunan sözlər arasında "Sosyapoz", "Başyapıt", "Bengil", "Beyani", "Cepimge", "Çekendi", "Çekerol", "Çekinti", "Çeklaçek", "Çektirim", "Çeksun", "Eday", "Ferdi", "Görsel Salım", "Seyfi" ve "Kendirme" kimi kəlmələrə də yer verilmişdi.
ANN.Az