Səməd Səmədovun ölüm səbəbi ilə bağlı - Yeni Klinikadan açıqlama

Xalq artisti Səməd Səmədovun vəfatının səbəbi xəstəxanaya artıq ağır vəziyyətdə çatdırılması olub, bu barədə müğənninin müalicə olunduğu Yeni Klinika məlumat yayıb.
Səməd Səmədov bu gün 74 yaşında koronavirusdan vəfat edib.
www.anews.az
"Xəstə çox ağır vəziyyətdə tənəffüs çatışmazlığı ilə reanimasiya şöbəsinə yerləşdirildi. Ona lazımi dəstək müalicəsi göstərildi. İnfeksiya və iltihabı markerlər çox yüksək idi. Xəstədə kəskin böyrək çatışmazlığı aşkarladıq. Kreatin dəyərləri iki yarım dəfə yüksəlmişdi. Xəstənin sidik çıxışları demək olar ki, yox idi. 15-16 saat xəstəni renimasiyada saxlaya bildik. Bütün səylərə baxmayaraq, xəstəmizdə ürək dayanması baş verdi. Ölüm səbəbi olaraq sepsis və septik şok təsbit etdik", deyə xəstəxananın yaydığı məlumatda bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər