Binəqədi rayonunda baş verən yanğın hadisəsindən sonra Şəmkir rayonunda da binaların oda davamsız üzlüklərinin sökülməsinə başlanılıb.
"Report” xəbər verir ki, son iki gün ərzində mövcud binalarda işlərin yarıdan çoxu görülüb.
Baş verə biləcək hər hansı bir yanğın hadisəsinin qarşısını almaq üçün iş gedən ərazilərə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və işçi qüvvəsi cəlb edilib. Söküntü işlərinin yaxın günlərdə başa çatdırılması planlaşdırılır.
Şəmkir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev bildirib ki, istər sosial, istərsə də yaşayış binaları müasir tələblərə cavab verən üzlüklərlə əvəz olunacaq: "Rayonda ümumilikdə 2 yaşayış və 3 sosial obyektin üzlükləri oda davamsız olduğu üçün hazırda onların sökülməsinə başlanılıb. Qısa bir müddətdə bu binaların üzlükləri söküləcək. Əvəzində isə ekspertlərin rəyi əsasında müasir oda davamlı üzlüklər vurulacaq”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !