Şəmkirin keçmiş icra başçısına 11 il 6 ay həbs cəzası verilib

11:38 | 24.06.2024
Şəmkirin keçmiş icra başçısına 11 il 6 ay həbs cəzası verilib

Şəmkirin keçmiş icra başçısına 11 il 6 ay həbs cəzası verilib

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovaya  11 il 6 ay həbs cəzası verilib. Bu barədə məhkəmədən bildirilib.

Dövlət ittihamçısı təqsirləndirilən Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istənilmişdi.

Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb