Sənay Yağmura təcavüzdə ittiham edilən şəxsin növbəti məhkəməsi keçirilib - VİDEO

16:21 | 16.02.2022
Sənay Yağmura təcavüzdə ittiham edilən şəxsin növbəti məhkəməsi keçirilib - VİDEO

Sənay Yağmura təcavüzdə ittiham edilən şəxsin növbəti məhkəməsi keçirilib - VİDEO

Bu gün, fevralın 16-da azyaşlı qıza qarşı təcavüzdə təqsirləndirilən Əsgər Ağazadənin növbəti  məhkəmə iclası keçirilib. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasdan sonra hər iki tərəfdən açıqlama almaq istəsək  də yalnız Zümrüd Yağmur və onların vəkili Zibeydə Sadıqova proses barədə danışdı. 
 
Məhkəmə prosesində təqsirləndirilən tərəfə Zümrüd Yağmurun vəkili Zibeydə Sadıqova suallar ünvanlayıb. Vəkilin sözlərinə görə, qarşı tərəfin ifadələri ötən iclaslardan fərqli olub. Lakin vəsatətləri olmayıb. 
 
Zümrüd Yağmur bildirdi ki, məhkəmədə qarşı tərəf övladı Sənay Yağmura böhtan atmaqda davam edib. 
 
Növbəti məhkəmə prosesi  23 fevral 10:30-da keçiriləcək. 

2021-ci ilin oktyabrın 12-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək azyaşlı qızının 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.

Cinsi zorakılıq törətdiyi iddia edilən Əsgər Ağazadə 2021-ci ilin oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
 
Sənay Yağmur Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının qızıdır. 


 
Ləman Qasımova
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM