Sentyabrda pensiyaya çıxan daha çox qadınlar olub - Rəsmi

12:19 | 03.10.2024
Sentyabrda pensiyaya çıxan daha çox qadınlar olub - Rəsmi

Sentyabrda pensiyaya çıxan daha çox qadınlar olub - Rəsmi

Sentyabrda  708 845 nəfərə yaşa görə pensiya təyin edilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. 
 
Pensiya alanların 57,26%-ni qadınlar, 42,74%-ni kişilər təşkil edib. 
 
Hazırda ölkə üzrə kişilərin pensiya yaşı 65, qadınların isə pensiya yaşı 64 hesablanır. 
 
Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 1 milyon 97 min 300 pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
 
Onların 64,2 %-i  yaşa, 23,5  %-i  əlilliyə, 12,3  %-i  isə ailə başçısını itirməyə görə pensiya alır.
 
Təyin olunmuş pensiyaların orta aylıq məbləği 490,7 manatdır.

2024-cü il yanvarın 1-nə Azərbaycanda minimum məbləğdə pensiya alanların sayı 34 min 276 nəfərdir. 
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM