• $ 1.7
  • € 1.9014
  • ₽ 0.020971
  • ₺ 0.0437
  • £ 2.2609

Sentyabrdan məktəblərdə dörd fənn yeni məzmunda tədris olunacaq

Sentyabrdan məktəblərdə dörd fənn yeni məzmunda tədris olunacaq
10.07.2024 10:13
2024-2025-ci tədris ilində VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya fənləri yeni məzmunda tədris olunacaq.

Bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Şöbə müdirinin sözlərinə görə, bu dərsliklər yeni konsepsiya əsasında tərtib olunub: "Yeni dərsliklər fənnin, elmin həyata tətbiqi məsələlərini qabardır və izafi nəzəri bilikləri azaldır. Misal olaraq, yeni coğrafiya dərsliyi şagirdə məkan anlayışını sadə yolla izah etməklə başlayır. Bu vəsaitlərin hazırlanmasında Sinqapurun dərslik hazırlığı sahəsində qabaqcıl institutları kömək edib”.

Nazirlik rəsmisi xatırladıb ki, ötən illərdə informatika fənni bir sıra məktəblərdə yeni məzmunda tədris olunub: "Burada şagirdlərə təkcə nəzəriyyə deyil, praktik kodlaşdırma bacarıqları da öyrədilir. Bundan başqa, təbiət fənlərinin tədrisinə ayrılan vaxt və həcm artırılıb. STEAM məşğələlərinin keçirilməsi də məzmunda yeniliklərə aiddir. Xeyli məktəbdə STEAM laboratoriyaları var və bu sahədə əhatəlilik genişləndirilir.

Riyaziyyat və Azərbaycan dili fənlərinin məzmunu ilə bağlı təkmilləşdirmələr davam edir. Əgər əvvəllər Azərbaycan dili fənninin tədrisində şagirdlərə əsasən dil qaydalarını öyrədirdiksə, indi dünyada qəbul olunduğu kimi, dörd əsas məsələni öyrədirik: dinləyib-anlama, oxuyub-anlama, danışma və yazı. Dil qaydaları isə bu istiqamətləri öyrənmək üçün zəruri bilikləri verməlidir. I-V sinif Azərbaycan dili dərslikləri bu istiqamətdə hazırlanır.

Eyni hal riyaziyyat fənninə də aiddir. Azərbaycanda riyaziyyat elmi və onun məktəbdə tədrisi hər zaman güclü olub, amma riyaziyyat tətbiqi xarakter daşımayıb. Riyaziyyat fənni üzrə çoxlu misallar həll olunur, ancaq eyni misalın məntiqi hansısa məsələyə, konkret həyati situasiyaya aid olanda şagird cavabı tapa bilmir. Hazırda riyaziyyat fənninin məzmunu şagirdə həyati məsələlərlə riyazi termin və formulları öyrətmək üzərində qurulur”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 41 qızıl külçəsini keçirmək istəyən sabiq gömrükçü mühakimə olunur
Cəmiyyət 08:38
Bakıda 41 qızıl külçəsini keçirmək istəyən sabiq gömrükçü mühakimə olunur
Yasamalda avtobusun şüşəsini sındıran şəxs saxlanılıb
Cəmiyyət 22:15
Yasamalda avtobusun şüşəsini sındıran şəxs saxlanılıb
Bakı-Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var
Cəmiyyət 21:27
Bakı-Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var
Baş Prokurorluqdan 16 yaşlı qızın ölümü ilə bağlı - Rəsmi açıqlama
Cəmiyyət 20:39
Baş Prokurorluqdan 16 yaşlı qızın ölümü ilə bağlı - Rəsmi açıqlama
Sabah Bakının bu ərazisində işıq olmayacaq
Cəmiyyət 20:30
Sabah Bakının bu ərazisində işıq olmayacaq
Azərbaycan-İran birgə hərbi təlimləri davam edir
Cəmiyyət 20:05
Azərbaycan-İran birgə hərbi təlimləri davam edir
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Cəmiyyət 19:39
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Məhkəmə Tofiq Yaqublu barəsində qərar verib
Cəmiyyət 18:15
Məhkəmə Tofiq Yaqublu barəsində qərar verib
MİQ üçün elektron sənəd qəbuluna start verilir
Cəmiyyət 18:08
MİQ üçün elektron sənəd qəbuluna start verilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol