SEPAH-ın Telegram kanalı Fazil Mustafa barədə xəbər verib

21:48 | 29.03.2023
SEPAH-ın Telegram kanalı Fazil Mustafa barədə xəbər verib

SEPAH-ın Telegram kanalı Fazil Mustafa barədə xəbər verib

İslam İnqilabı Keşikçiləri Korpusu 28 mart saat 23:08-də teleqram kanalında Fazil Mustafa ilə bağlı ziddiyyətli xəbər  yayıb.
 
 "Azərbaycan parlamentinin deputatı, anti-İran və İran əleyhinə çıxışları ilə tanınan Fazil Qəzənfəroğlu (Mustafa) İslam əleyhinə bəyanatlar verən, öldürüldü (terrror oldu, fars dilində öldürüldü deməkdir, red) . Deyilənlərə görə iki güllə dəyib və indi xəstəxanadadır”,  - teleqram kanalında bildirilib.

Bu mesaj sui-qəsddən yarım saat sonra internetdə peyda olub. Azərbaycan mətbuatının və bir çox dövlət qurumlarının hələ bundan xəbəri yox idi. Həmin an Mustafanın da vəziyyəti ilə bağlı heç nə məlum deyildi.

Ekspertlərin fikrincə, bütün bunlar İran xüsusi xidmət orqanlarının və İran agentlərinin bu sui-qəsd cəhdində iştirakının dolayı sübutudur.  Bu mesajda azərbaycanlı deputatın səciyyələndirilməsi də öz sözünü deyir.
 
Çərşənbə axşamı millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd təşkil olunub. Nəticədə atılan 7 güllədən ikisi deputata dəyib. Dövlət Təhükəsizlik Xidməti baş verən hadisəsini terror aktı kimi qiymətləndirib və hadisəni törədən şəxsə  cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Hələlik hadisəni törədən şəxs məsuliyyətə cəlb edilməyib.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb