Serbiya ilə Azərbaycan bir çox məsələləri müzakirə edib - Nazir

13:05 | 02.09.2024
Serbiya ilə Azərbaycan bir çox məsələləri müzakirə edib - Nazir

Serbiya ilə Azərbaycan bir çox məsələləri müzakirə edib - Nazir

Azərbaycanla Serbiya arasında tərəfdaşlıq olmasının önəmi odur ki , iki ölkə prezidentləri tez tez görüşür və müxtəlif sazişlər imzalanıb. Bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib. 

"Biz bir birimizə qarşılıqlı dəstək verərək ərazi bütövlüyümüzə hörmətlə yanaşmışıq. COP29 Azərbaycanda keçirilməsi ilə bağlı müzakirələr aparmışıq” , - Ceyhun Bayramov bildirib. 

O həmçinin söyləyib ki, COP29 prezidenti Muxtar Babayevin Serbiyaya səfəri olacaq. 

İqtisadi ölkələrarası komissiyamızın 8-ci iclası Bakıda keçirilib. 2024-cü ilin birinci yarısında iqtisadi əməkdaşlıq sahəsində uğur var. 

"Xüsusilə enerji əməkdaşlığı sahəsində uğurlarımız var. Serbiya və Bolqarıstan arasında intercorrektor  işə salınandan 400 mln kubmetr qaz ixracına başlayıb və bu rəqəm 1 milyard kubmetrə çatdırılacaq”,- Bayramov bildirib. 

O həmçinin bildirib ki, yaşıl enerji istehsalı, əczaçılıq və kənd təsərrüfatı sahəsində əməkdaşlıq, ələt iqtisadi zonasından Serbiya iş adamlarının istifadəsi məsələlərini də müzakirə etmişik. 

Nazirin sözlərinə görə, hazırda ölkələr arasında vizasız gediş-gəlişin olması barədə razılıq əldə etdiyini nəzərə alaraq aviareyslərin açılması məsələsi də müzakirə mövzusudur. 


ADA və Serbiya diplomatik akademiyası arasında bağlanan müqavilə də tələbə mübadiləsinə imkan verəcək. 


Bayramovun sözlərinə görə, Qarabağda Azərbaycanın suverenliyinin bərpası da müzakirə mövzusu olub. 


"Azərbaycan və Serbiya üçün əlavə iş birliyi imkanları müzakirə edilib. Eyni zamanda Ermənistanla münasinəblərin yaxşılaşdırılması məsələsi, sülh müqaviləsinin imzalanması sahəsində irəliləyişlər, delimitasiya ilə bağlı reqlamentin müəyyən edilməsi də tərəfimdən qeyd edilib”, - o bildirib. 


Nazir vurğulayıb ki, 2024-cü ildə Ermənistanın hərbi büdcəsinin artması bölgədə sülhə əngəl olan faktorlardır. 


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM