Serbiya Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırır

22:20 | 04.01.2025
Serbiya Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırır

Serbiya Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırır

Serbiyanın ən iri aviaşirkəti olan "Air Serbia” Rusiyanın Kazan (Tatarıstan) və Soçi (Krasnodar) şəhərlərinə reysləri dayandıracaq.Bu barədə Rusiya Turoperatorları Assosiasiyası (RTA) məlumat yayıb.

"Air Serbia”nın rezervasiya sisteminə görə, qış cədvəlində Belqrada son reys Kazandan yanvarın 19-da, Soçidən isə yanvarın 20-də həyata keçiriləcək.

Serbiya şirkəti isə reyslərin dayandırılması ilə bağlı rəsmi açıqlama verməyib.

"Air Serbia”nın cədvəlində Belqraddan Moskva və Sankt-Peterburqa reysləri hələ də qalmaqdadır”, – RTA vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM