Sergey Lavrov: “Münaqişənin həlli üzrə səyləri intensivləşdirməyin vaxtı çatıb”

17:12 | 17.07.2015
Sergey Lavrov: “Münaqişənin həlli üzrə səyləri intensivləşdirməyin vaxtı çatıb”

Sergey Lavrov: “Münaqişənin həlli üzrə səyləri intensivləşdirməyin vaxtı çatıb”

"Dağlıq Qarabağ probleminin həlli üzrə səyləri intensivləşdirməyin vaxtı çatıb”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə deyib.  
 
"Biz ATƏT-in Minsk Qrupu çərçivəsindəki razılaşmalar çərçivəsində amerikalı və fransalı tərəfdaşlarımızla birlikdə işləyirik. Biz onlarla daimi əlaqədəyik və müntəzəm təmasdayıq”, - deyə S. Lavrov söyləyib.     
 
Xatırladaq ki, E. Məmmədyarov Rusiyada səfərdədir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM