Yanvarın 15-i, saat 02:30 radələrində qeyri-qanuni yolla İran İslam Respublikasına keçməyə cəhd göstərən 9 nəfər Banqladeş Xalq Respublikası və bir Hindistan Respublikası vətəndaşları saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən Oxu.Az-a verilən məlumata görə, onlar Yardımlı rayonunun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən keçmək istəyərkən tutulublar.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !