Sərhəddə atışma, iki Ermənistan əsgəri yaralandı

14:08 | 29.01.2015
Sərhəddə atışma, iki Ermənistan əsgəri yaralandı

Sərhəddə atışma, iki Ermənistan əsgəri yaralandı


Yanvarın 29-na keçən gecə Azərbaycan-Ermənistan sərhədində baş verən atışmada Ermənistan ordusunun iki hərbçisi yaralanıb.

Virtualaz.org xəbər verir ki, "Aravot” qəzeti hərbçilərin Azərbaycanla sərhəd Voskepar kəndindəki mövqelərən birində yaralandığını yazır. Yaralılar İcevan tibb mərkəzinə aparılıb. Onlardan biri, 27 yaşlı Spitak sakini Qrişa Otaryan sol budundan və sinə nayihəsindən yaralanıb. Tavuş vilayətinin Xaştarak kənd sakini olan 47 yaşlı hərbçi  Surik Movsisyan isə sağ çiynindən güllə yarası alıb. 

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, ötən gecə Azərbaycan ordusu Tavuç vilayəti istiqamətində "növbəti diversiya həmləsinə” cəhd edib, ancaq cəhdin qarşısı alınıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM