Sərhəddə silahlı insident

09:53 | 09.06.2014
Sərhəddə silahlı insident

Sərhəddə silahlı insident

Horadiz sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. ANS PRESS-in Dövlət Sərhəd Xidmətinə istinadla verdiyi məlumata görə, Beyləqan rayonu 1-ci Şahsevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində bir nəfər İİR ərazisində mövqe tutmuş silahlı qrupun müşahidəsi altında İrandan Azərbaycana keçərkən sərhəd naryadına silahlı müqavimət göstərməyə cəhd edib. İİR vətəndaşı, Parsabad şəhər sakini, 1983-cü il təvəllüdlü Hüseyni Hüseyn Mircəlil oğlu saxlanılıb. Sərhəd pozucusunun üzərindən “Maqnum-200” markalı tapança və 1 kiloqram 580 qram həşiş qətranı aşkar olunub.Faktla bağlı DSX İstintaq və Təhqiqat İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və ya satma) və 318.2 (dövlət sərhədinin pozulması) maddələri ilə cinayət işi başlanılıb.İİR vətəndaşı H.M.Hüseyni təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Cinayətin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyat-istintaq tədbirləri davam etdirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM