Ermənistan-Türkiyə sərhədini pozan şəxs 9 aylıq azadlıqdan məhrum edilib. ANS PRESS-in məlumatına görə, sərhədi pozan şəxs Yurik Avdoyan Ermənistanın Araqasavan rayonu Araqasotnskoy kənd sakinidir. Xatırladaq ki, bu ilin 11 mart tarixində ermənistanlı kənd sakini Türkiyə tərəfə keçməyə cəhd edib. Ancaq çox keçmədən hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub. Erməni kəndli 14 martda Türkiyəylə Ermənistanın sərhədinin mühafizəsini həyata keçirən Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına təhvil verilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !