• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Sərhədi pozmağa cəhd edən şəxslər saxlanılıb

Sərhədi pozmağa cəhd edən şəxslər saxlanılıb
31.03.2024 14:17

Mart ayının 31-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfər naməlum şəxsin hərəkəti müşahidə edilib.
 
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd zastavasının şəxsi heyəti tərəfindən sərhəd pozucularının mümkün hərəkət istiqamətləri qapadılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.
 
İrandan Azərbaycan istiqamətində hərəkət edən sərhəd pozucuları sərhəd naryadının "Dayan!” əmrinə tabe olmayıb üzərilərindəki çantanı ataraq geriyə qaçmağa cəhd göstəriblər.
 
Sərhəd pozucularına qarşı "Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub.
 
Hadisə nəticəsində sərhəd pozucularından biri yaralanıb, digəri relyefin mürəkkəbliyi və əlverişsiz hava şəraitindən yararlanaraq geriyə qaçıb.
 
Yaralı sərhəd pozucusuna sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən dərhal sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
 
Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı Ədilli Ramazan Yusif oğlu olması müəyyən edilib, xidməti ərazidən 10 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
 
Görülmüş tədbirlər nəticəsində narkotik vasitələri götürmək məqsədilə xidməti əraziyə yaxınlaşan Beyləqan rayon Əmirzeyidli kənd sakini, 1968-ci il təvəllüdlü Atakişiyev Rasim Mustafa oğlu və Birinci Şahsevən kənd sakini, 1999-cu il təvəllüdlü Abdullayev Məhəmməd Ramil oğlu saxlanılıb.
 
Faktla bağlı Baş Prokurorluqla birgə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Cəmiyyət 09:52
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
Cəmiyyət 09:00
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol