Sərhədin demarkasiya olunmuş hissəsində təhlükəsizlik təmin olunacaq - Nikol Paşinyan

13:50 | 29.05.2024
Sərhədin demarkasiya olunmuş hissəsində təhlükəsizlik təmin olunacaq - Nikol Paşinyan

Sərhədin demarkasiya olunmuş hissəsində təhlükəsizlik təmin olunacaq - Nikol Paşinyan

Sərhədin demarkasiya olunmuş hissəsində təhlükəsizlik təminatına zəmanət verilir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablaykən deyib.  
 
"Əgər kimsə desə ki, yer üzündə demarkasiya olunmuş sərhəddən daha effektiv təhlükəsizlik zəmanəti var, siz buna inanmamalısınız. Ona görə də sərhədlərimizin demarkasiyası olan ərazilərdə təhlükəsizlik üçün mümkün olan ən yüksək təminat verilir”, - Paşinyan bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib ki, Azərbaycanla Ermənistan arasında Tavuş kəndində başlanan delimitasiya prosesinin 90%-i icra olunub.

Azərbaycan Prezidenti İlham Əliyev daha əvvəl bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi heç bir ölkənin müdaxiləsi olmadan iki ölkə arasında razılaşdırma əsasında aparılır.

Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
 
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM