Moldovanın "Şerif” klubu Avropa Liqasının "Qarabağ”la pley-off matçı öncəsi qələbəyə sevinib.
Oxu.Az xəbər verir ki, Moldova çempionatının XVII turu çərçivəsində Tiraspol klubu əsas izləyicisi "Milsami” üzərində qələbə qazanıb – 2:0.
Qolları braziliyalı Joalison və bosniyalı Rifet Kapiç vurub. Bu nəticədən sonra "Şerif” xalını 39-a yüksəldib və vahid liderdir.
Qeyd edək ki, "Şerif” və "Qarabağ” avqustun 23-də ilk oyununa çıxacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !