Həmsöhbətimiz Səyyad Əsgərov belələrindən biri ilə rastlaşıb. Onun sözlərinə görə, 16 noyabr 2017 ci il tarixdə təqribən saat 19.35 radələrində *9111 Ekonom taksi şirkətindən taksi sifariş edib. İki saat 30 dəqiqə gözləməsinə baxmayaraq taksi elə də gəlməyib. "Bu zaman kəsiyində mənə üç ədəd müxtəlif növ avtomobil göndərəcəyini vəd etdilər, lakin heç bir dənə də avtomobil gəlmədi. İlk öncə 90-ML-034 nömrə nişanlı ağ Hyundai göndərdiklərini SMS-lə bildirən operataor daha sonra iki başqa avtomobil göndərəcəyini vəd edərək sonda məni maşınsız qoydularr”, - deyə Əsgərov bildirir.
Nəticədə sərnişin taksini gözlədiyi müddətdə işə geciikib, buna görə əmək haqqından pul tutulub və rəhbərliyi tərəfindən əlavə töhmətlə cəzalandırılıb.
Taksi xidməti isə bunun müqabilində sərnişinə hər hansı kompensasiya ödəməyib.
Bəs görəsən bu kimi keyfiyyətsiz taksi xidməti ilə rastlaşan müştərilərin nə kimi hüquqları var.
Bunu araşdırmaq üçün Azərbaycan Respublikası Iqtisadi və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlакçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdik. Xidmətin qaynar xəttindən aldığımız məlumata görə, bu kimi hallarla rastlaşan müştəri adı çəkilən dövlət qurumuna müraciət edə bilər. Dövlət qurumu məsələni araşdıraraq xidmət rəhbərliyindən təyin olunan sürücü və operatorun cəzalandırılmasını tələb edə bilər. Belə şikayətlərin sayı artarsa onda şirkətin fəaliyyətinin dayandırılması məsələsi gündəmə gələr. Əgər müştəri ona dəyən ziyanın maddi qarşılığını tələb edirsə şirkəti məhkəməyə verib kompensasiya tələb etmək hüququna malikdir.
Əlavə olaraq bildiririk ki, vətəndaş bu halla bağlı ona dəymiş ziyanı ödəmək üçün *9111 taksi şirkətini ona vurmuş ziyanı ödətdirmək məqsədi ilə məhkəməyə müraciət etməyə hazırlaşır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !