Sertfikasiyanın test mərhələsində 23 448 müəllim iştirak edib

16:42 | 24.06.2024
Sertfikasiyanın test mərhələsində 23 448 müəllim iştirak edib

Sertfikasiyanın test mərhələsində 23 448 müəllim iştirak edib

İyunun 21,22 və 24-də keçirilən sertfikasiya imtahanında ümumilikdə 23 448 müəllim test imtahanına cəlb olunub. Bu barədə Təhsil İnstitunundan bildirilib. 
 
Ümtahanlar ölkənin 18 şəhər və rayonunu əhatə etməklə 27 mərkəzdə keçirilib. 
 
Prosesin ikinci mərhələsi olan müsahibə avqusta keçiriləcək. 
 
İyunun 8-də Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən təkrar sertifikasiya imtahanında 7296 müəllimdən 3424 ibtidai sinif müəllimi,485 Azərbaycan dili və ədəbiyyat müəllimi növbəti dəfə kəsilib.
 
Qaydalara görə sertfikasiya imtahanından iki dəfə kəsilən müəllimlərin əmək müqaviləsinə xitam veriləcək.


Azərbaycanda 2026-ci ilə qədər ölkə üzrə bütün fənn müəllimləri sertfikasiya imtahanından keçəcək.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM