Sərxoş polislər prezidentin kortejini atəşə tutdu

15:59 | 02.06.2015
Sərxoş polislər prezidentin kortejini atəşə tutdu

Sərxoş polislər prezidentin kortejini atəşə tutdu

İçkili vəziyyətdə olan iki polis əməkdaşı Boliviya prezidenti Evi Moralesin təhlükəsizlik xidmətinin avtomobilinə atəş açıb.

İnsident Koçabamba şəhərində qeydə alınıb.

Hadisə zamanı xidmətdə olmayan polislər mülki geyimdə olublar. Yolda onların Moralesin təyyarəsinin pilotunu hava limanına gətirməyə gedən prezident kortejinin avtomobilinin sürücüsü ilə münaqişələri yaranıb. Boliviya prezidenti Sukre şəhərinə uçmağa hazırlaşırmış.

Polislərin açdığı atəş kortejdəki avtomobilin arxa hissəsinə dəyib və heç kim xəsarət almayıb. Şübhəlilər saxlanılıblar, onlara qarşı ölümə cəhdlə bağlı ittiham irəli sürülüb. (modern.az)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM