Sevastopolda Ukrayna HDQ-nin qərargahı hücumla ələ keçirildi

14:51 | 19.03.2014
Sevastopolda Ukrayna HDQ-nin qərargahı hücumla ələ keçirildi

Sevastopolda Ukrayna HDQ-nin qərargahı hücumla ələ keçirildi

Sevastopolda Ukrayna Hərbi-Dəniz Qüvvələrinin (HDQ) qərargahı qarşısında keçirilən mitinqin iştirakçıları mühasirəni qıraraq hərbi hissənin ərazisinə zorla daxil olublar. Onlar qərargahın üzərində Rusiya və Andreyev bayraqlarını qaldırıblar. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İTAR-TASS xəbər yayıb.Yerli vaxtla səhər saat 08:00-da qərargahın binası qarşısında mitinq başlayıb, bir neçə yüz iştirakçı hasarı uçuraraq zorla içəri daxil olublar və bayraq ağaclarındakı bayraqları dəyişdiriblər.Hal-hazırda Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin nümayəndələri ilə mitinq iştirakçıları arasında danışıqlar davam edir. Hərbi qulluqçulara qarşı zor tətbiq edilmir. Əməliyyatda Rusiyanın silahlı qüvvələri iştirak etmir.Xatırladaq ki, çərşənbə axşamı, martın 18-də Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə keçməsi haqqında saziş imzalayıblar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM