Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Süleyman Dəmirəl Universitetinin Gül və Gül Məmulatları Araşdırma Mərkəzi tərəfindən hazırlanan güllər 6 ayadək solmur.
Mərkəzin direktor müavini Ümid Ərdoğan bildirib ki, miniatür güllər içində xüsusi maye yerləşdirilmiş şüşə fənərlərin içinə qoyulub.
Onun sözlərinə görə, xüsusi maye güllərin ömrünü uzatmağa imkan verir: "İnsan sevgilisinə verdiyi gülün uzunömürlü olmasını istəyir. Buna görə də belə bir layihəyə imza atdıq".
Ü.Ərdoğan qeyd edib ki, 6 aydan sonra gül bağçada və ya saxsı qaba basdırıla bilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !