Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

17:42 | 08.09.2024
Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək


Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.Bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

"Döyüş sursatlarının məhv edilməsi prosesi sentyabrın 9-dan 13-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - məlumatda qeyd edilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM