“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) istehsal etdiyi klassik Azərbaycan şairi Seyid Əzim Şirvaninin həyat və yaradıcılığına həsr olunmuş “Aləmdə səsim var mənim” adlı bədii-sənədli filminin çəkilişləri başa çatmışdır.AzTV-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, filmin çəkilişləri Bakıda və Şamaxıda aparılmışdır.Ekran əsərində şairin obrazını Əməkdar Artist Pərviz Bağırov canlandırmışdır.Filmin ssenari müəllifi Zərnişan Ağayeva, rejissoru Vasif Məmmədzadə, operatoru Zahid Bağırovdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !