Seyid Taleh «Bismillah» dedi – Animasiya

10:36 | 09.06.2019
Seyid Taleh «Bismillah» dedi – Animasiya

Seyid Taleh «Bismillah» dedi – Animasiya

Tanınmış məddah Azərbaycanda dini animasiya filmi ilə daha bir ilkə imza atdı
Əhli-beyt (ə) məddahı, "Azərbaycan qrupu”nun rəhbəri kimi tanıdığımız Seyid Taleh Boradigahi Ramazan ayı ərəfəsində uşaqları da unutmayıb.

Belə ki, o, aylardır üzərində çalışdığı «Bismillah» dini animasiya (cizgi filmi) filmini kiçik yaşlı balalarımıza Ramazan bayramı hədiyyəsi edib.

S.Taleh Boradigahinin öz "Youtube” səhifəsində paylaşdığı Azərbaycanda ilk dini animasiya filmi hesab olunan «Bismillah» filmi tez bir zamanda çoxsaylı izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Kino sənətinin əsas növlərindən olan cizgi filmləri (animasiya) uşaqların dünyagörüşlərinin dəyişməsində və onların inkişafında mühüm amillərdən biridir. Animasiyalar ətraf aləm haqqında təsəvvürləri genişləndirir, davranış nümunələri öyrədir (yaxşılıq etməyi, əsl dost olmağı, heyvanları, təbiəti sevməyi və s.), düşüncələri formalaşdırır, estetik zövqü inkişaf etdirir və s. kimi zəngin pedaqoji imkanlar yaradır.

Bu baxımdan, «Bismillah» cizgi filmi uşaqlar üçün əvəzolunmaz dünyadır. Körpələrimiz filmin sayəsində öz dünyalarını kəşf edəcək və öyrənəcək. Çünki «Bismillah» cizgi filmi körpələrin zehnini inkişaf etdirəcək gücə sahibdir. Üstəlik də, S.Taleh Boradigahinin öz "youtube” səhifəsində paylaşdığı sözügedən animasiya filmini izləyənlərin rəylərindən göründüyü kimi, uşaqlar bu cizgi filminə baxmaqdan xüsusi zövq alırlar.

Emin Əliyevin rejissorluğu ilə ərsəyə gələn filmin əsas qayəsi ondan ibarətdir ki, hər sözə, hər bir işə, hətta yeməyə Allahın adı ilə, yəni "Bismillah”la başlayıb, "Əlhəmdülillah”la bitirmək lazımdır. Çünki bu, insanı fərahlığa, doğruluğa, halallığa və sonsuz xoşbəxtliyə qovuşduran imani sirdir. Filmi izlədikcə bir daha əmin olursan ki, dünyada heç nə təbiətin rəngləri, ilahi səsləri, gözəllikləri ilə əvəz oluna bilməz.
S.Taleh Boradigahinin uğurlu ifası ilə təqdim edilən filmdə Allahın evi sayılan Məscidlə yanaşı, Qız qalası, Heydər Əliyev Mərkəzi və Alov qüllələrinin təsviri təbii ki, müəlliflərin Azərbaycanımıza, milli mənəvi, dini dəyərlərimizə olan əbədi və tükənməz sevgisindən irəli gəlir.

Odur ki, maraqlı və baxımlı bu ekran əsərini uşaqlarımıza heç çəkinmədən, rahatlıqla göstərə bilərsiniz.
Xatırladaq ki, Əhli-beyt (ə) məddahı Seyid Taleh Boradigahinin ifa etdiyi «Bismillah» nəğməsinin sözləri İkrəm Əliyevə, musiqisi və aranjimanı Samir Şirinova məxsusdur. Filmin məsləhətçisi uşaq psixoloqu Samirə Muxtarovadır.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb