• $
  • £

Nazir - son 15 ildə 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb

Nazir - son 15 ildə 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb
10.09.2026 10:35

Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb. Bunu xarici işlər naziri Ceyhun Bayramov  Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, 2000-ci illərdən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli iqtisadi inkişafı beynəlxalq yardım siyasətinin sistemli şəkildə həyata keçirilməsi üçün iqtisadi və institusional əsaslar yaradıb. Bu proses Azərbaycanı yardım alan ölkədən donor ölkəyə çevirib.

“Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb. Onların sırasında Afrikanın bütün 54 dövləti, Qoşulmama Hərəkatına üzv 121 ölkədən 111-i, İslam Əməkdaşlıq Təşkilatına üzv 57 dövlətdən 52-si, ən az inkişaf etmiş 44 ölkədən 43-ü və inkişaf etməkdə olan 39 kiçik ada dövlətindən 28-i yer alır”, - Bayramov bildirib.

O qeyd edib ki, 2020-ci ildən etibarən ikitərəfli və çoxtərəfli yardım mexanizmləri çərçivəsində təxminən 400 milyon ABŞ dolları vəsait ayrılıb.

Bayramovun sözlərinə görə, Azərbaycanın beynəlxalq yardım fəaliyyəti müxtəlif sahələri əhatə edib. COVID-19 pandemiyası dövründə Azərbaycan 88 ölkəyə yardım göstərib. Afrikada əməkdaşlıq çərçivəsində Ebola epidemiyasına qarşı mübarizəyə dəstək verilib, həmçinin qarşısı alına bilən korluqla mübarizə təşəbbüsü həyata keçirilib.

Nazir bildirib ki, bu təşəbbüs çərçivəsində 900 mindən çox insan göz müayinəsindən keçirilib, 150 mindən çox katarakta əməliyyatı aparılıb. Bununla yanaşı, yerli tibb mütəxəssislərinin peşəkar potensialının gücləndirilməsi istiqamətində də tədbirlər görülüb.

Azərbaycanın beynəlxalq yardım siyasətinin institusional əsaslarından biri 2011-ci ildə yaradılan Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyidir (AIDA). Agentlik humanitar və inkişaf layihələri vasitəsilə müxtəlif ölkələrə dəstək göstərir.

Aytac Zeynalova 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin komitə iclasları başlayır
Cəmiyyət 10:55
Milli Məclisin komitə iclasları başlayır
Xəzərdə zəlzələ olub
Cəmiyyət 10:46
Xəzərdə zəlzələ olub
DİN: sentyabrın 9-da 47 cinayət açılıb
Cəmiyyət 10:41
DİN: sentyabrın 9-da 47 cinayət açılıb
Nazir - son 15 ildə 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb
Cəmiyyət 10:35
Nazir - son 15 ildə 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb
Cəmiyyət 10:19
Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 %-ə yaxın artıb
Cəmiyyət 10:09
Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 %-ə yaxın artıb
Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
Cəmiyyət 09:54
Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 09:32
Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb

Xocalıda mina partlayıb, xəsarət alan var
Cəmiyyət 09:28
Xocalıda mina partlayıb, xəsarət alan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol