Şeytan gecəyarısı qadına niyə zəng elədi? - Qəribə Hadisə

12:44 | 26.11.2013
Şeytan gecəyarısı qadına niyə zəng elədi? - Qəribə Hadisə

Şeytan gecəyarısı qadına niyə zəng elədi? - Qəribə Hadisə

ABŞ-ın Kolorado ştatında yaşayan Ceyn Vestinin başına qorxulu hadisə gəlib.

ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, gecə qadın evdə körpə oğluyla tək imiş. Qəfildən telefonun zəngi çalıb, ancaq qadın uşağını əmizdirdiyindən telefonu götürməyib. Sonradan hansı nömrədən zəng gəldiyini görəndə isə, qadın az qalıb huşunu itirib. Telefona bu nömrədən zəng gəlibmiş: 1-666-666-666

"Mən dəli olacaqdım. Uşağımı əmizdirəndə demək olar ki, mürgüləyirdim və belə bir zəng gəldi. Az qalsın infarkt olacaqdım", - Ceyn Vest deyib. Ancaq onun başına gələn qəribə əhvalat bununla yekunlaşmayıb. Zəngdən bir qədər sonra ona 38 ədəd SMS gəlib, SMS-lərin hamısında da bir kəlmə yazılıbmış: "Şeytan". Həmin gecə qadın ümumiyyətlə yata bilməyib. 

"Mən bütün gecəni tanrıya dua etdim. Özümün, uşağın başına bir iş gələr deyə çox qorxurdum", - amerikalı qadın jurnalistlərə açıqlamasında deyib. Xoşbəxtlikdən onun başına heç nə gəlməyib. 

Jurnalistlər isə bu qərara gəliblər ki, kimsə qadınla çox ciddi şəkildə oyun oynayıb. Bir müddət əvvəl Ceyn Vest öz biznesini açıb və küçədə özünün telefon nömrəsi olan çoxlu sayda vərəqə paylayıb. Çox güman bu hadisə həmin vərəqələrlə bağlıdır. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM