Şeyx bəzi telekanalları dini ayrı-seçkilik yaratmaqda qınadı

14:20 | 04.06.2015
Şeyx bəzi telekanalları dini ayrı-seçkilik yaratmaqda qınadı

Şeyx bəzi telekanalları dini ayrı-seçkilik yaratmaqda qınadı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda bəzi televiziya kanallarının orucluq vaxtı fərqli azan vaxtlarının verməsindən ciddi narahat olduqlarını bildirib, bununla bağlı dindarlar adından dövlətin müvafiq qurumlarına şikayət edib.

APA-nın məlumatına görə, A. Paşazadə bu gün QMİ-də Ramazan ayı münasibəti ilə keçirilən tədbirdə bildirib ki, adını çəkmək istəmədiyi bəzi telekanallar QMİ və Şamaxı Rəsədxanasının birgə tərtib etdiyi rəsmi təqvimə uyğun olmayan azan vaxtı təqdim edir, insanlar arasında çaşqınlıq yaradır: "Bu da artıq bizdə din daxilində məzhəb ayrı-seçkiliyi, fərqi düşüncələrin yaranmasına səbəb olur ki, bundan da ciddi narahatlıq yaranıb. Dövlətimizin bunun qarşısını almasını istəmişik. Dini Qurumlarla Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının burada olmasından istifadə edərək dindarlar adından dövlətin təmsilçisi kimi ona müraciət edirik ki, o kanalların bu fəaliyyətinə qadağa qoyulsun, heç olmasa bir telekanalda bizim tərtib etdiyimiz təqvimə uyğun azan vaxtının verilməsinə şərait yaradılsın".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti