Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib.Bu barədə QMİ məlumat yayıb.
"Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki – İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, Zati-həzrətlərinizin Şərqi Azərbaycan üzrə nümayəndəsi – Təbrizin imam-cüməsi Ayətullah Əli Haşimin və müşayiət edən digər rəsmi şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı. Bu hüznlü matəm günündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyib, kədərinizə şərik olduğumuzu ifadə edir, İranın Ali Rəhbəri olaraq Sizə və həzrətlərinizin simasında həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan, Azərbaycan və Qafqaz müsəlmanları adından dərin hüznlə başsağlığı verir, Allah-Təaladan həlak olanlara rəhmət diləyirəm. Allah dərgahında uca məqam olan şəhidlik mərtəbəsinə ucalmış mərhumların nəsibi, inşallah, cənnət olar. Qədirbilən müsəlmanlar, o cümlədən, Azərbaycan müsəlmanları İran xalqının hüznünə şərik olaraq, İranın dəyərli şəxsiyyətlərinin xatirəsinə Quran oxuyur, dualar edirlər. Ruhları şad olsun!”, - başsağlığında qeyd olunub.
İbrahim Rəisi ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimi olub:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !