Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə birlidə ölkəni birdəfəlik tərk edib.
Ötən gün Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb.
Məlumata görə, Şeyxin yeganə oğlu İstanbul şəhərində ev alıb. Onun Azərbaycanı tərk etməsinə səbəb olaraq, son vaxtlar atasına qarşı mətbuatda yayılan informasiyalar göstərib.
Hacı Qalib Salahzadə musavat.com-a açıqlamasında Şeyxin oğlu ilə bağlı mətbuatın yaydığı xəbəri təsdiqləyib:
Q.Salahzadə Məhəmməd Paşazadənin gedişinin müvəqqəti olmadığını deyib:
"Müvəqqəti olsaydı, deyərdim ki, müvəqqətidir. O vaxt müvəqqəti olardı ki, uşaqlar burda qalardı, oxuyardı. Onlar daimi köçüb getdi. Çıxıb gələcək, gəlməyəcək, mən deyə bilmərəm”.
Bir neçə gün öncə isə Şeyxin Karlovı Varıda bir xanımla şərikli biznesinin olması ilə bağlı xəbərlər yayılıb.
Şeyxin Məhəmməddən başqa 5 qız övladı var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !