• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

“Shokki Mokki”nin “Məktəbim” layihəsinin hesabat tədbiri keçirilib

“Shokki Mokki”nin “Məktəbim” layihəsinin hesabat tədbiri keçirilib
02.04.2024 10:26
Ölkəmizin ilk milli uşaq markası olan "Shokki Mokki"nin UAFA ilə birlikdə həyata keçirdiyi "Məktəbim" layihəsinin hesabat tədbiri olub.

Heydər Əliyev Mərkəzində təşkil edilmiş tədbirdə millət vəkilləri, bir sıra dövlət qurumu rəsmiləri, şirkət və QHT rəhbərləri, media nümayəndələri iştirak edib. 

Layihənin xoşməramlı səfiri və gecənin aparıcısı Firuzə Cəlilova "Əl -ələ təhsilin işıqlandırdığı xoşbəxt gələcəyə" şüarı altında həyata keçirilən "Məktəbim" layihəsinin ölkəmizdə son dövrlər reallaşdırılan sosial məsuliyyət layihələri arasında önəmli yer tutduğunu bildirib.

Daha sonra "Azərsun Holdinq"in rəsmisi Gökhan Taşdemir çıxış edib. 

Gökhan bəy şirkətlər qrupunun korporativ sosial məsuliyyət layihələrinə həssas yanaşdığını, cəmiyyət üçün yararlı, xüsusilə də təhsil yönümlü layihələrin holdinq üçün prioritet məsələ olduğunu bildirib. 

"Shokki Mokki" brendinin marketinq müdiri Nəzrin Əliyeva və UAFA Azərbaycanın direktoru Gwen Burchell layihə ilə bağlı fikirlərini bölüşüblər.

Onlar bildiriblər ki, "Məktəbim" layihəsi 2-6 yaş arasında uşaqların təhsilə qeyri bərabər cəlb olunmasını aradan qaldırmaqla, yanaşı qadınların öz təhsil bizneslərini qurmağına da dəstək oldu.

Tədbirin sonunda "Məktəbim" layihəsində fəal iştirak edən rəhbər xanımlara sertifikat verilib. 

Son olaraq qeyd edək ki, hazırda "Məktəbim” layihəsi çərçivəsində 50-yə yaxın məktəbəqədər təhsil ocağı fəaliyyət göstərir. 

Siz də mağazalardan "Shokki Mokki” məhsulu almaqla layihəyə dəstək verə bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Bakı və Kabil "Lazurit" dəhlizinin genişləndirilməsini müzakirə edib
İqtisadiyyat 10:14
Bakı və Kabil "Lazurit" dəhlizinin genişləndirilməsini müzakirə edib
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
İqtisadiyyat 09:53
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:46
Qızılın qiyməti bahalaşıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Məzənnə açıqlanıb
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
İqtisadiyyat 17:04
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Turizm ECO ölkələri üçün prioritet əməkdaşlıq sahəsidir
İqtisadiyyat 14:22
Turizm ECO ölkələri üçün prioritet əməkdaşlıq sahəsidir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol