Anomal hava şəraitinə görə, Sibirdə yabanı bitkilər çiçək açıb.
ANN.Az-ın "lifenews.ru"ya istinadən verdiyi xəbərə görə, Sibirin yerli sakinləri qeyri-adi mənzərə ilə rastlaşıblar. Botaniklər baş verənlərə artıq məntiqi cavab tapıblar: çiçəklər sadəcə yazla payızı səhv salıblar. Bir müddət əvvələ qədər bölgədə anomal isti hava şəraiti hökm sürürdü. Mütəxəssislərin sözlərinə görə, çiçək açan bitkilər sakinləri uzun müddət sevindirə bilməyəcək. - Əvvəllər noyabrda 40 dərəcə şaxta olurdu, indi isə hava kəskin dəyişib. Burda uzun müddətdir yaşayıram və indiyə qədər bir dəfə də olsun noyabrda bitkilərin çiçəklədiyini görməmişəm. - bunları jurnalistə açıqlamasında yerli sakin Valentina İvanova deyib. Botaniklər məsələyə görə heyrətlənməyiblər, onlar bunu şaxtaların gecikməsi ilə əlaqələndirirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !