SİF və "Bank Respublika”nın
dəstəyilə Şuşada "Şuşa Qala”restoranı ximət göstərməyə başladı
Bakı, 04 iyul, 2024. Ölkəmizdə
sahibkarlığın inkişafına böyük önəm verən Bank Respublika, daha bir ilkə imza
atıb.
Belə ki, Sahibkarlığın
İnkişafı Fondunun (SİF)
"İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi”
çərçivəsində "Bank Respublika”nın təqdim etdiyi kredit sayəsində Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhərində ilk sahibkarlıq subyekti "Şuşa Qala” restoranı
fəaliyyətə başlayıb.
Füsunkar mənzərəni
özündə cəmləyən restoranda yerli və xarici qonaqlar Azərbaycan mətbəxi ilə
yanaşı, Qafqazın dadlı və ləziz təamlarını dada biləcək.
Bank Respublika artıq uzun müddətdir Sahibkarlığın İnkişafı Fondunun xətti
ilə ölkəmizdə sahibkarlara həm say, həm də məbləğ baxımından ən çox güzəştli kredit
təqdim edən kredit təşkilatıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !