• $ 1.7
  • € 1.9014
  • ₽ 0.020971
  • ₺ 0.0437
  • £ 2.2609

“Sıfır Tullantı” həmrəylik marafonu yekunlaşdı

“Sıfır Tullantı” həmrəylik marafonu yekunlaşdı
19.09.2024 14:35
Xəbər verdiyimiz kimi Qırmızı Ürəklər Fondu ölkənin birinci bankı Kapital Bank-ın 150 illik yubileyi münasibətilə "Sıfır Tullantı” həmrəylik marafonuna start verib. 2 ay davam edən marafon Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Şəki-Zaqatala və Bakı iqtisadi rayonlarını əhatə edib. 25 rayonda yerləşən Kapital Bank filiallarında çalışan əməkdaşlardan ibarət 181 könüllü ümumilikdə 2494 kq tullantı toplamağı bacarıb.

Marafonun finalı isə 14 sentyabr 2024-cü il tarixində, Bakı şəhərinin Bilgəh qəsəbəsində təmizlik aksiyası ilə yekunlaşıb. Ekosistemə daxil olan Kapital Bank, "PashaPay” MMC və "Competo” MMC şirkətlərinin əməkdaşlarının, eləcə də  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və ekologiya könüllülərinin iştirakı ilə keçirilən aksiyaya 70-ə yaxın iştirakçı qoşulub. Layihə Ekologiya və Təbii Sərvətlar Nazirliyinin dəstəyi ilə baş tutub.

Marafonun keçirilməsində məqsəd cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın daha da artırılmasıdır. Eyni zamanda  sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, bu ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, hər kəsi təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq etmək marafonun əsas hədəflərindəndir.
 
Eyni zamanda layihənin "Yaşıl dünya naminə həmrəylik” ilində və ölkəmizdə baş tutacaq COP29 kimi dünya əhəmiyyətli tədbir ərəfəsində keçirilməsi planetin ekosisteminə töhfə verən bu kimi layihələrin dəstəklənməsinin göstəricisidir. Qırmızı Ürəklər Fondu hər kəsi təiətin qorunmasına yönələn bu təşəbbüsə dəstək olmağa çağırır.
 
Qeyd edək ki, "Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan İsrailə neft ixracını dayandırıb, İtaliya birincidir
İqtisadiyyat 08:00
Azərbaycan İsrailə neft ixracını dayandırıb, İtaliya birincidir
Macarıstan bu il də Azərbaycandan qaz alacaq
İqtisadiyyat 15:29
Macarıstan bu il də Azərbaycandan qaz alacaq
“Bakcell” süni intellekt təlimi təşkil etdi
İqtisadiyyat 14:16
“Bakcell” süni intellekt təlimi təşkil etdi
Kreditlərinizi “Unibank”a gətirin – komissiya 0%, illik faiz dərəcəsi cəmi 9.5%-dən
başlayır!
İqtisadiyyat 14:05
Kreditlərinizi “Unibank”a gətirin – komissiya 0%, illik faiz dərəcəsi cəmi 9.5%-dən başlayır!
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 12:11
Qızılın qiyməti ucuzlaşıb
ABB-nin Daşkəsən filialı da yeniləndi!
İqtisadiyyat 11:43
ABB-nin Daşkəsən filialı da yeniləndi!
4 ayda 33 mindən çox avtomobil idxal edilib
İqtisadiyyat 09:56
4 ayda 33 mindən çox avtomobil idxal edilib
Azərbaycan neftinin qiyməti 67 dolları keçib
İqtisadiyyat 09:41
Azərbaycan neftinin qiyməti 67 dolları keçib
Avro və rubl artıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl artıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol