Silahlı insanlarla dolu avtomobillər Rusiyadan Ukraynaya girdi

13:01 | 27.05.2014
Silahlı insanlarla dolu avtomobillər Rusiyadan Ukraynaya girdi

Silahlı insanlarla dolu avtomobillər Rusiyadan Ukraynaya girdi

Mayın 27-nə keçən gecə Rusiya ərazisindən içərisində silahlı insanların olduğu yük avtomobilləri, minik avtomobilləri və mikroavtobuslardan ibarət karvan Ukraynanın dövlət sərhədini pozaraq bu ölkə ərazisinə daxil olub.

 

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

 

Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, gecə saat 03.40-da karvan dövlət sərhədini keçib. Ukrayna sərhədçiləri onları atəşlə qarşılayıb və döyüş başlayıb. Buna baxmayaraq, pozucuların bir hissəsi Luqansk vilayətinin Antrasit rayonu istiqamətində Ukraynanın içərilərinə daxil ola biliblər. 

 

Sərhədçilər 1 mikroavtobus və 2 minik avtomobilini ələ keçiriblər. Avtomobillər “Kalaşnikov” avtomatları, RPQ (tank əleyhinə qumbara) və partlayıcı maddələrlə dolu olub.

 

Bu olaydan əvvəl Ukrayna Dövlət Sərhəd Xidməti Donetsk vilayətindəki “Dmitrovka” sərhəd zastavasının əks tərəfində (Rusiya ərazisində) silahlı adamlarla dolu 40 “Kamaz” avtomobilinin cəmləşdiyi haqda məlumat yayıb.

 

Qeyd edək ki, Ukraynanın şərqində fəaliyyət göstərən silahlı separatçı qrupların tərkibində xeyli sayda Rusiya vətəndaşının olduğu bildirilir. Hətta onların arasında Ramzan Kadırovun göndərdiyi çeçenlərin də olduğu barədə məlumatlar var.  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti