ANN.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən qəflətən döyüş hazırlığı vəziyyətinə gətirilən birləşmə və hərbi hissələrin ön dəstələri dəstək zolağını qət edərək şərti düşməni məhv etməklə hücum edən əsas qüvvələrin döyüşə girməsini təmin etmək tapşırığını müvəffəqiyyətlə yerinə yetiriblər. Qoşunlar əvvəlcədən hazırlanmamış ərazidə "düşmənə" atəşlə təlafat verərək, onunla bilavasitə təmas vəziyyətindən hücum əməliyyatları üzrə tapşırıqları yerinə yetiriblər.
Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərələliyi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.
Təlim poliqonunda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunub, praktiki raket buraxılışları və bombalama həyata keçirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !