Silahlı Qüvvələrin bütün tibb müəssisələri və personalına döyüşə hazırlıq tapşırığı verildi

20:49 | 16.07.2015
Silahlı Qüvvələrin bütün tibb müəssisələri və personalına döyüşə hazırlıq tapşırığı verildi

Silahlı Qüvvələrin bütün tibb müəssisələri və personalına döyüşə hazırlıq tapşırığı verildi

Azərbaycan Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qış tədris dövrünün yekunlarına həsr olunmuş toplantı keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, toplantıda Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev çıxış edərək bu ilin birinci yarısında tibb xidmətinin fəaliyyətini təhlil edib, tapşırıqların yerinə yetirilməsi, aparılan profilaktik tədbirlər sayəsində hərbi qulluqçular arasında xəstələnmə səviyyəsinin xeyli azaldığını diqqətə çatdırıb.
 
O bildirib ki, prezident İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi qayğının nəticəsində hərbi qulluqçular bu gün müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchiz olunmuş hərbi tibb müəssisələrində müayinə və müalicə olunurlar. 

Toplantıda Silahlı Qüvvələrin bütün tibb müəssisələri və personalına, stasionar və səhra hospitallarının rəhbərliyinə ehtimal olunan döyüş fəaliyyətlərinə hər an hazır olmaları barədə və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verilib.
 
Tibb hərbi hissə və müəssisələrin rəhbərləri qış tədris dövründə görülən işlər haqqında, eləcə də tapşırıqların hər an yerinə yetirilməsinə hazır olmaları barədə məruzə ediblər.
 
Sonda 2015-ci ilin ikinci yarısı üçün tapşırıqlar dəqiqləşdirilib, xidmətdə fərqlənən hərbi qulluqçular təltif olub və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM