• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Silk Way Airlines hava gəmiləri parkına daha bir Boeing 747-8F yük təyyarəsi əlavə edib

Silk Way Airlines hava gəmiləri parkına daha bir Boeing 747-8F yük təyyarəsi əlavə edib
29.08.2016 16:38
Azərbaycanın milli yük aviadaşıyıcısı Silk Way Airlines şirkəti daha bir yeni Boeing 747-8F təyyarəsi alıb.

Bu aviaşirkət tərəfindən istismar olunacaq artıq səkkizinci Boeing tipli və dördüncü Boeing 747-8F təyyarəsidir. Yeni təyyarənin tədarükü aviaşirkətə ABŞ-a yeni istiqamətlər də daxil olmaqla, uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

Azərbaycanın paytaxtından Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq və Şanxaya mövcud birbaşa müntəzəm reyslərlə yanaşı, Çikaqo və Dakkaya yeni reyslərin açılması planlaşdırılır.

Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı yük aviadaşımalarının böyük nəqliyyat qovşağına çevrilmişdir. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb.

Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni geniş füzelyajlı uzaq magistrallı Boeing 747-8F təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 10:40
Azərbaycan nefti cüzi bahalaşıb
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
İqtisadiyyat 22:58
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
Yeni qaydadan sonra işçilər ayda 2 dəfə maaş ala biləcək
İqtisadiyyat 17:16
Yeni qaydadan sonra işçilər ayda 2 dəfə maaş ala biləcək
Əhalinin banklardakı əmanətlərinin həcmi artıb
İqtisadiyyat 15:36
Əhalinin banklardakı əmanətlərinin həcmi artıb
11 ayda dəmir yolu ilə yük daşımaların həcmi artıb
İqtisadiyyat 15:35
11 ayda dəmir yolu ilə yük daşımaların həcmi artıb
Gürcüstan Cənubi Qafqazda neytral dialoq platforması təklif edir
İqtisadiyyat 15:14
Gürcüstan Cənubi Qafqazda neytral dialoq platforması təklif edir
Azərbaycanda işsizlik göstəriricləri - hər iki nəfərdən biri qadındır
İqtisadiyyat 14:54
Azərbaycanda işsizlik göstəriricləri - hər iki nəfərdən biri qadındır
Adambaşına düşən aylıq ticarət xərcləri artıb
İqtisadiyyat 14:34
Adambaşına düşən aylıq ticarət xərcləri artıb
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
İqtisadiyyat 14:24
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol