"Bu mənim sevinc göz yaşlarımdır. Bu cür anları hər gün yaşamırıq. Çox sağ ol, Bakı! Bu qələbə mənim üçün önəmli idi".
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bunu Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatında kişilər arasında Elit kateqoriyasında çempion olmuş fransalı idmançı Silven Andre söyləyib:
Fransalı velosipedçi ötən ilin oktyabr ayında Bakıya səfərini xatırlayaraq Dünya Sınaq Yarışında da qələbə qazandığını vurğulayıb: "Bu dəfə üç həftə öncədən məşqlərə başladıq. Bu bizim üçün böyük təcrübə oldu. Özüm üçün ən güclü rəqib komanda yoldaşım Joris Dodeni görürdüm. Çünki bütün yarış ərzində qrupda əsas lider o idi”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !